Cod xəndəkotu
Cod xəndəkotu (lat. Symphytum asperum) — bitkilər aləminin göyzabançiçəklilər dəstəsinin göyzabankimilər fəsiləsinin xəndəkotu cinsinə aid bitki növü.
== Qısa morfoloji təsviri ==
Çoxillik bitkidir. Gövdəsi 30-60 sm-ə qədər hündürlükdə, çox budaqlı, möhkəm qısa, aşağı qövsvari, bir az qabarıq tikanlı qıllardan tikanlı-nahamardır. Yuxarı yarpaqlar qısa, lakin, görünən saplaqların üzərində və ya oturaq olaraq yumurtavari-uzunsov və ya uzunsovdur, ən yuxarıdakılar lansetvariyə qədər, uzun itiuclu, aşağı hissədən adətən kifayət qədər sıx və yumşaq tükcüklərdən bozumtuldur; orta damar boyunca qısa qarmaqşəkilli tikancıqlıdır, yuxarı hissədən cod və seyrək tükcüklüdür. Çiçək tacı mavi, xaricdən nöqtəli-əmzikşəkillidir, başcıqlı dişicik ağzı var. Eremləri demək olar ki, qara, yarıməyilmiş, yumurtavari, arxa hissəsi torvari-qırışlıdır.
== Yayılması ==
BQ qərbi, BQ şərqi, BQ Quba sahəsinin rayonlarında orta dağ qurşağından yuxarı dağ qurşağına kimi yayılmışdır. Çəmənlərdə, kolluqlarda, dağ çaylarının kənarlarında bitir.